14:07 - 7.06.2024
7 iyun, Fineko/abc.az. Debitor borcların artması ilə bağlı Hesablama Palatasının sədri danışdı. Burada söhbət avans ödənilmiş vəsaitdən gedir.
ABC.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclasında bildirib.
“Podratçılara qabaqcadan ödənilmiş məbləğlərdir. Bu ödənişlər həyata keçirilərkən dövlət xəzinədarlıq əməkdaşları tərəfindən bu məbləğlər nəzərə alınır və müəyyən işlər görüldükcə avans məbləğlər azaldılır. 2023-cü il ərzində bağlanılmış avansların 62 %-i bundan əvvəlki illərdə verilmiş avans məbləğlərini əhatə edir. Bununla bağlı əsas məqam 2023-cü ilin sonuna qədər debitor borclar 4 milyard 437 milyon manata qədər artıb. Avansların 78,8 %-i güc strukturlarının üzərinə düşür. Bu da başadüşüləndir. Bu təşkilatlar tərəfindən müəyyən məmulatların alınması, istehsalı üçün uzunmüddətli müqavilələri bağlamalıdır”, - nazir qeyd edib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026