"Kapital Bank" səhmdarlarına dividend ödəyəcək

14:15 - 6.06.2024


6 iyun, Fineko/abc.az. 8 iyul 2024-cü il, saat 11.00-da, "Kapital Bank"ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, yığınacq Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən bankın ofisində (3-cü mərtəbə, iclas zalı)  ünvanında baş tutacaq.

Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib.

“Kapital Bank” ASC tərəfindən 2023-cü ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi.

II. Bankın müşahidə şurasının sədri Rövşən Allahverdiyev və müşahidə şurasının üzvü Fərid Məmmədovla əmək müqaviləsinin bağlanması.