15:51 - 5.06.2024
5 iyun, Fineko/abc.az. Portağal yetişdirən bir neçə əsas bölgədəki hava şəraiti bu məhsulun qiymətinin artmasına səbəb olur.
ABC.AZ xəbər verir ki, məlumata görə, meyvə problemi — "sitrus böhranı" uzun müddət davam edəcək.
Portağal suyu istehsal edən bölgələrə dünya istehsalının 34%-dən çoxunu təmin edən Braziliya, həmçinin Çin, Meksika və İspaniya daxildir. Sənaye analitikləri, 2024-cü ildə isti və quru havaya görə portağal məhsulunun son 30 ildə ən pis ola biləcəyini və meyvə suyunun istehsalının keçən ilin həcminə görə 24% azalacağını proqnozlaşdırırlar.
8 Avqust 2026
8 Avqust 2026