Bakı metrosunda yenilik olacaq

11:01 - 31.05.2024


31 may, Fineko/abc.az. İyun ayından başlayaraq stansiya və tunellərin mikroiqlim şəraitinin yaxşılaşdırılması ilə bağlı yenilik tətbiq ediləcək.

ABC.AZ xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, 2023-cü ilin yay aylarından Bakı metropolitenində bütün tunellərin üfürülməsi ilə bağlı sınaqlar, müşahidələr aparılıb, monitorinqin nəticələri əsasında mikroiqlim sisteminin vəziyyəti təhlil edilib.

“Ötən müddətdə bu yeniliyin effektivliyi müəyyən edildiyindən yay fəslində davamlı və sistemli tətbiqi barədə qərar qəbul edilib.

Stansiya və tunellərdə havanın hərarəti ilə yanaşı, sanitariya və gigiyena şəraitinə təsir edən amillərin də diqqətdə saxlanılması biomühitin tarazlığının mühafizəsi və yaxşılaşdırılmasında mühüm rol oynayır.”