Türkiyə Rusiya və Ukrayna ilə Qara Dəniz Gəmiçiliyi üzrə danışıqlar aparır

16:45 - 22.05.2024


22 may, Fineko/abc.az. Türkiyə Rusiya və Ukrayna ilə Qara dəniz hövzəsində kommersiya gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı danışıqlar aparır. O, həmçinin Ukrayna münaqişəsinin həlli üçün səy göstərir.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Fidan xatırladıb ki, Türkiyənin səyləri sayəsində 2022-ci ildə qlobal ərzaq böhranının qarşısını almağa imkan verən Qara dəniz taxıl təşəbbüsü həyata keçirilmişdir.