Bu il sahibkarlara 200 milyon manat civarında güzəştli kreditin verilməsi hədəflənir

12:24 - 10.05.2024


10 may, Fineko/abc.az. Bu il sahibkarlara verilən güzəştli kreditlərlə bağlı minimum hədəf ötən ilki nəticələri təkrarlamaqdır.

ABC.AZ xəbər verir ki, bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xalıyev deyib.

“Geniş aspektdə isə bu il sahibkarlara 200 milyon manat civarında güzəştli kreditin verilməsi hədəflənir”, – deyə O.Xalıyev əlavə edib.

O qeyd edib ki, güzəştli kreditlər sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə verilir:

“Cari ildə bu istiqamətlərə qeyri-neft sektorunda sənaye istehsalı və emalı, o cümlədən aqrar emal, kənd təsərrüfatı və anbar kompleksləri, logistika xidməti, akvakultura, yaşıl və innovasiya yönümlü, eləcə də KİV-lərin inkişafı üzrə layihələrin dəstəklənməsi daxildir. Regionlarda təhsil, turizm sahələri, Naxçıvan MR-da və işğaldan azad edilmiş ərazilərdə isə xidmət sektorları da prioritet sahələr sırasındadır”. (Apa)