14:26 - 8.05.2024
8 may, Fineko/abc.az. Yeni və mövcud ticarət dəhlizləri Azərbaycanda növbəti onillikdə investisiya artımının mühüm sahəsi olacaq.
ABC.AZ xəbər verir ki, bu barədə “Fitch Solutions” (FS) şirkətinin hesabatında qeyd edilib.
FS analitikləri hesab edir ki, Şimal-Cənub və Orta Dəhliz boyunca əhəmiyyətli ticarət infrastrukturunun inkişafı ixracı və tranzit ödənişlərindən dövlət gəlirlərini artıra bilər.
Qeyd edilib ki, Rusiya-Ukrayna müharibəsi Çini Mərkəzi Asiya və Qafqaz vasitəsilə Avropaya birləşdirən Orta Dəhliz ticarət marşrutuna qlobal marağın yenidən artmasına səbəb olub: “Dünya Bankı hesab edir ki, Orta Dəhliz üzrə ticarət həcmi 2030-cu ilə qədər üç dəfə artacaq. Azərbaycan Xəzər dənizi sahili sayəsində Mərkəzi Asiyanı Qafqaza, oradan da Avropaya birləşdirən bu ticarət yolunun mühüm hissəsi olacaq”.