15:16 - 7.05.2024
7 may, Fineko/abc.az. Artıq 600-dən çox sürücü Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək taksi fəaliyyəti üçün icazələr əldə edib.
ABC.AZ xəbər verir ki, bu barədə AYNA-dan bildirilib.
Məlumata görə, uzun illərdən sonra taksi fəaliyyəti üçün icazələrin (“Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alınmasına başlanılıb.
İcazələrin verilməsi AYNA tərəfindən yaradılan “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada həyata keçirilir. İstifadəçilər https://e-xidmet.ayna.gov.az/ linkinə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər.
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026