Almaniya bir ildə 36 milyard dollarlıq elektrikli avtomobil satıb

15:45 - 6.05.2024


6 may, Fineko/abc.az. Almaniyanın 2023-cü il üçün elektromobil xarici ticarət məlumatları açıqlanıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, statistik məlumatlar Almaniya Federal Statistika İdarəsi (Destatis) tərəfindən hazırlanıb.

Almaniyanın keçən il elektrikli avtomobil ixracatı bir əvvəlki ilə görə yüzdə 58 artaraq 786 min ədədə çatıb. İxracın dəyəri isə 36 milyard avro olaraq qeyd edilib.

Digər tərəfdən, Alman avtomobil sənayesi 2023-cü ildə əvvəlki ilə nisbətən əhəmiyyətli dərəcədə daha çox elektrik avtomobil istehsal edib. 2023-cü ildə istehsal 2022-ci ilə nisbətən 59,9 faiz artaraq təqribən 973 min ədədə çatıb və istehsalın dəyəri 40,4 milyard avro təşkil edib.

Müəllif: Elmir Murad