Bağlanmış bankların əmanətçilərinin depoziti vaxtında qaytarılırmı?

14:08 - 1.05.2024


1 may, Fineko/abc.az. Mərkəzi Bank bankların ləğvetmə prosesində, hələ ki bankların ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən ədalətsiz fəaliyyət müşahidə etməyib. 

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov 1 may tarixində keçirilən mətbuat konfransında deyib.

Sədr çıxışında vurğulayıb ki, ilk növbədə Mərkızi Bank ləğvetmə prosesinə nəzarət edir. "Bizə çox müraciətlər daxil olub ki, əmanətlərimiz qaytarılmır. Amma araşdırdıqdan sonra görürük ki, ləğvedici daha haqlıdır, nəinki müraciət edən. 2 ildir vəzifədəyəm, bu günə kimi belə bir müraciət olmayıb ki, nəzarət orqanı olaraq yoxlayaq görək ki, əmanət ləğvedici tərəfindən qaytarılmayıb" - deyə Baş Bankir bildirib.