11:10 - 30.04.2024
30 aprel, Fineko/abc.az. “Türk Hava Yolları” aviaşirkəti yeni inkişaf strategiyası hazırlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən çərçivədə “Airbus” və “Boeing” kimi təyyarə istehsalçıları ilə onlardan 235 təyyarə almaq üçün danışıqlar aparır.
Bu barədə Türkiyənin milli aviadaşıyıcısının Direktorlar Şurasının sədri Əhməd Bolat İstanbulda “Airbus” və “Rolls-Royce” şirkətlərinin nümayəndələri ilə görüşdə bildirib.
Qeyd edək ki, “Türk Hava Yolları”nın 10 illik inkişaf planı şirkətin aviaparkının 600-ə yaxın təyyarə ilə artırılmasını nəzərdə tutur. 2023-cü ilin dekabrında aviaşirkət “Airbus”dan 70 milyard ABŞ dolları dəyərində 355 ədəd təyyarə (“A312 Neo”, “A350-900”, “A350-1000”, “A350F”) almaq üzrə müqavilə imzaladığını elan edib.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026