12:22 - 29.04.2024
29 aprel, Fineko/abc.az. Amerikalı milyarder İlon Mak Çinə səfəri zamanı Çinin texnologiya şirkəti “Baidu” ilə əməkdaşlıq barədə razılığa gəlib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, razılaşmaya əsasən, “Tesla” şirkəti “Baidu” ilə birlikdə avtonom sürücülük proqramını həyata keçirəcək.
Bunun üçün isə xəritəçəkmə və naviqasiya sistemlərini inkişaf etdirəcək.
“Bloomberg”in analitikləri hesab edir ki, yeni razılaşmalar “Tesla”nın Çində gəlirlərinin azaldacaq. “The Wall Street Journal” yazır ki, Çin rəsmiləri İlon Maskın şirkətinin ölkədə avtonom sürücülük proqramını işə salmaq planını bəyəniblər.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026