16:10 - 24.04.2024
24 aprel, Fineko/abc.az. Azərbaycan hökuməti 2026-cı ilədək Laçına 5 mindən çox sakini qaytarmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bunu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov beynəlxalq konfransda deyib.
"2026-cı ilin sonunadək Laçına 5 mindən çox insanın repatriasiyasını planlaşdırırıq. 2035-ci ilədək Laçın əhalisi bütünlükdə təqribən 12000-13000 nəfər olacaq", - o deyib.
M.Məmmədov həmçinin qeyd edib ki, xüsusən rayonun Azərbaycanın 10 ən böyük rayonları syiahısına daxil olduğunu nəzərə alsaq, Laçında mina problemi sakinlər və biznesin aparılması üçün ciddi maneə təşkil edir. "Bugünədək Laçın şəhərinə 2 minə yaxın sakin qayıdıb. Burada 500-dən çox yeni ev və 150-dən çox yeni yaşayış kompleksi inşa olunub", - deyə o əlavə edib.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026