16:24 - 23.04.2024
23 aprel, Fineko/abc.az. General Motors Co. güclü birinci rübdən sonra bu il qazancın artacağını gözləyir, ABŞ-da yük maşınlarının yüksək satışları avtomobil istehsalçısını 2024-cü il üçün proqnozu 500 milyon dollar artırmağa sövq etdi.
ABC.AZ xəbər verir ki, məlumata görə, indi GM bu il faiz və vergilərdən əvvəl korrektə edilmiş mənfəətin 14,5 milyard dollar olacağını gözləyir.
GM keçən rübdə gəlirləri təxminən 3 milyard dollar artıraraq Uoll stritin təxminlərini üstələyib, çünki avtomobillərin orta qiyməti sabit və rekord həddə qalıb. Bu, GM-nin rüb üçün mənfəət gözləntilərini asanlıqla aşmasına kömək edib.
"Son 24 ayda biz illik müqayisədə 15% artmışıq," — GM-in maliyyə direktoru Pol Ceykobson bildirib. "Bu, bizə illik proqnozu artırmaqda inam verib".
8 Avqust 2026
8 Avqust 2026