Fevralda dünya mərkəzi bankları 19 ton qızıl alıb

15:49 - 4.04.2024


4 aprel, Fineko/abc.az. Fevral ayında dünya mərkəzi bankları qızıl-valyuta ehtiyatları üçün 19.1 ton qızıl alıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Dünya Qızıl Şurasının (WGC) ilkin hesablamalarında öz əksini tapıb. 

Bu, yanvarın yenilənmiş nəticələrindən (45.4 ton) 2.4 dəfə azdır və bununla belə, artım ardıcıl olaraq doqquz ay davam edir.

Fevralda Çin ehtiyat üçün 12.1 ton, Hindistan isə 5.6 ton qızıl alıb. Həmçinin iri alıcılar arasında Qazaxıstan (5.8 ton), Türkiyə (4.2 ton) və Sinqapur (2.1 ton), Çexiya, Qətər və Qırğızıstan (hər biri 1-2 ton) var.