15:34 - 4.04.2024
4 aprel, Fineko/abc.az. Rusiya iqtisadiyyatı yaxın illərdə işçi qüvvəsinə yüksək tələbatla üzləşəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının XII qurultayının iclasında bildirib.
Onun sözlərinə görə, bu şəraitdə əmək məhsuldarlığının artırılması "çox vacibdir."