Şahmat qaydasında dördbucaqlıların bütün taksilərdə olması məcburi deyil - AYNA

11:26 - 4.04.2024


4 aprel, Fineko/abc.az. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin taksilərdəki yeni tələblər barədə daha bir açıqlaması yayılıb.

ABC.AZ xəbər verir ki, sözügedən məlumatda damında “Taksi” sözü yazılmış sarı rəngli fənər və qapıların üzərində şahmat qaydasında dördbucaqlıların bütün taksilərdə olması məcburi tələb olmadığı qeyd edilib.

Məlumatda o da vurğulanıb ki, bu fərqləndirici nişanlar tətbiq edilərsə, bütün tələblər taksilərin xarici tərtibatına dair qaydalara uyğun olmalıdır.