10:37 - 4.04.2024
4 aprel, Fineko/abc.az. Bu il “Tesla” üçün çox pis başlayıb. Şirkətin səhmləri 29% ucuzlaşıb, bu onların indiyə qədərki ən pis göstəricisidir.
Məlumata görə, İlon Maskın rəhbərlik etdiyi avtomobil istehsalçısının bazar dəyəri 230 milyard dollar azalıb.
“Tesla” ilk mənfi zərbəni elektrik avtomobil bazarından alıb. Belə ki, avtomobil kaşerinqi və taksi seqmentində fəaliyyət göstərən bir çox şirkət elektrikli nəqliyyat vasitələrindən imtina etməyə başlayıb. Və burada hər şeydən əvvəl əziyyət çəkən “Tesla” olub. Bu cür avtomobilləri təkrar bazarda satmaq çətindir və onların işləməsi o qədər də qənaətcil olmadığı ortaya çıxıb.
Amma şirkət üçün ən böyük zərbə böyük ehtimalla qarşıdadır və Çin avtomobil istehsalçıları ilə əlaqəlidir. Bu gün Çin elektrik avtomobillərinin qiyməti “Tesla” da daxil olmaqla digər Avropa və Amerika avtomobillərindən xeyli aşağıdır. Onlardan biri yeni təqdim edilən “Xiaomi” avtomobil modelidir.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026