14:57 - 1.04.2024
1 aprel, Fineko/abc.az. Türkiyənin iki ən böyük holdinqi Azərbaycana yatırım etmək barədə müzakirə aparıb.
ABC.AZ xəbər verir ki, "Koç Holding" və "Aksoy Holding" şirkətlərinin nümayəndələri iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb. Görüşdə Azərbaycanda investisiya layihələrinin həyata keçirilməsi imkanları və əməkdaşlığın perspektivləri barədə müzakirə aparılıb.
Bu barədə nazirin paylaşımında deyilir: «Azərbaycan-Türkiyə birliyi və uğurlu iqtisadi tərəfdaşlıq platforması birgə təşəbbüslərin reallaşdırılması nəticəsində yeni məzmunlarla zənginləşir. Türkiyənin "Koç Holding" (Koç Holding A.Ş.) və "Aksoy Holding" şirkətlərinin nümayəndələri ilə keçirdiyimiz görüşdə ölkəmizdə investisiya layihələrinin həyata keçirilməsi imkanları və əməkdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük. Qeyd edək ki, "Koç Holding" və "Aksoy Holding" Türkiyənin ən byöük biznes qruplarındandır. 1964-cü ildə Vehmi Koç tərəfindən yaradılmış "Koç Holding" ümumiyyətlə Türkiyənin ən böyük biznes strukturu sayılır. İllik gəliri 21,6 milyard dollar olan "Koç Holding"də 115 min nəfərdən artıq insan çalışır. Holdinq Türkiyənin dünyada tanınan əksər markasının sahibidir, bura «Beko», «Tofaş», «Arçelik», «Grundig», «Türk Traktör ve Ziraat Makinaları» və başqa onlarla marka və şirkət aiddir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026