12:32 - 1.04.2024
1 aprel, Fineko/abc.az. Azərbaycan hökuməti rumıniyalı investorlarını Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) fəaliyyət göstərməyə dəvət edir və bura Rumıniyadan sonra onlar üçün ən əlverişli yer olacaq.
ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında keçirilən Müştərək Komissiyanın 8-ci iclasında ƏAİZ-nin İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib.
"2026-cı ilin I yarısından ƏAİZ-də karqo terminalları istifadəyə veriləcək. Bu terminallarla ilkin mərhələdə ildə 500 min ton yük daşınacaq və gələcəkdə bu həcm təxminən 1,5 milyon tona çatdırılacaq. Biz istənilən təklifi dəyərləndirməyə hazırıq, lakin ən yaxşı beynəlxalq standartlara uyğun fəaliyyət göstərmək üçün innovativ texnologiyalardan və yanaşmalardan istifadə edən, yüksək əlavə dəyərli, ixracyönümlü istehsalla məşğul olacaq investorlara üstünlük verəcəyik", - deyə o qeyd edib. (Report)
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
8 Avqust 2026
10 Avqust 2026