Bank sektrounun aktivləri azalıb, ya artıb?

16:58 - 29.03.2024


29 mart, Fineko/abc.az. Azərbaycanın bank sektoru bu ilin 1 mart vəziyyətinə 48 milyard 735,7 milyon manat akitvlərə malik olub. 

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 27,1 milyon manat və ya 6,6% çoxdur.

Ötən ilin 1 martvəziyətinə bank sektoru 45 milyard 708,6 milyon manat akitvlərə malik idi.

Son bir ay ərzində isə bank sektorunun aktivləri 561,1 milyon manat və ya 1,1% azalıb.

Qeyd edək ki, cari ilin 1 fevral vəziyyətinə 49 milyard 296,8 milyon manat təşkil edib.