“Panasonic” şirkəti avtomobil biznesindəki bütün payını satacaq

15:20 - 29.03.2024


29 mart, Fineko/abc.az. Yaponiyanın “Panasonic Holdings” şirkəti Panasonic Automotive Systems (PAS)-dakı bütün payını Amerikanın özəl kapital şirkəti Apollo Global Management tərəfindən idarə olunan fondlara satacağını açıqlayıb.

ABC.AZ xəbər verir ki, əqdin ümumi dəyəri 2025-ci ilin birinci rübünün sonuna qədər gözlənilən bağlanış düzəlişləri nəzərə alınmaqla 311 milyard yen (2,06 milyard dollar) qiymətləndirilir.

Eyni zamanda, “Panasonic” yeni ana şirkəti PAS-a sahib olacaq Star Japan Holdings şirkətinin səhmlərinin 20%-ni alacaq. “Apollo”, avtomobil biznesinin “Panasonic Group” ilə strateji əlaqələrini davam etdirəcəyini deyib.