14:31 - 28.03.2024
28 mart, Fineko/abc.az. Ötən il Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yük daşımalarının həcmi 2 dəfə artaraq 3 milyon tona çatıb. Yaxın illərdə bu rəqəmin 10 milyon tona çatacağına ümid edirik.
ABC.AZ xəbər verir ki, bunu martın 28-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
Qazaxıstanın dövlət başçısı Asiya ilə Avropa arasında tədarük zəncirini etibarlı şəkildə təmin edən Orta Dəhlizin həm mövcud, həm də yeni nəqliyyat marşrutlarını inkişaf etdirmək üçün səyləri artırmağın vacibliyini vurğulayıb.
10 Avqust 2026