10:40 - 27.03.2024
27 mart, Fineko/abc.az. Bakıda Qış parkının yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər kəskin bahalaşıb.
ABC.AZ xəbər verir ki, aprelin 1-dən tətbiq ediləcək yeni tariflər 100-170 faiz bahalaşıb.
Gündəlik tariflər aşağıdakı kimi olacaq:
0-2 saat - 1 manat;
2-4 saat - 2 manat;
4-6 saat - 3 manat;
6-10 saat - 4 manat;
10-12 saat - 5 manat;
12-24 saat - 8 manat.
Aylıq tariflər isə belə olacaq:
Bir günə 12 saatlıq - 80 manat (köhnə tarif 30 manat);
Bütün günü (24 saatlıq) - 120 manat (60 manat);
Qonşular tarifi - 50 manat (20 manat).
Göründüyü kimi, aylıq tariflər 100-170% artıb.
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026