Rusiyadan Monteneqroya Azərbaycan üzərindən yeni tranzit variantı açılacaq

15:00 - 19.03.2024


19 mart, Fineko/abc.az. May ayında Rusiyalılar üçün Rusiyadan Monteneqroya Azərbaycan üzərindən yeni tranzit variantı yaranacaq.

ABC.AZ xəbər verir ki, mayın 2-dən etibarən Azerbaijan Airlines (AZAL) Bakıdan Tivata birbaşa uçuşlar həyata keçirəcək. Uçuşlar cümə axşamı günü həyata keçiriləcək və iyunun 6-dan etibarən bazar ertəsi reysi əlavə olunacaq. Uçuşun qiyməti gediş—dönüş üçün 58.574 rubl təşkil edir.

Hazırda Bakıya uçuşlar Rusiyanın iyirmi şəhərindən həyata keçirilir.