Rusiya Kamerunla geoloji kəşfiyyat sahəsində əlaqələrini genişləndirir

17:27 - 18.03.2024


18 mart, Fineko/abc.az. Rusiya Kamerun ilə geoloji kəşfiyyat sahəsində əlaqələrin genişləndirilməsini planlaşdırır, ölkədə artıq Rusiya kapitalının iştirakı ilə bu sahədə bir sıra layihələr həyata keçirilir. 

ABC.AZ xəbər verir ki, bu barədə Kamerun və Ekvatorial Qvineyadakı səfir Georgi Todua bildirib.

O qeyd edib ki, Rusiya neft-qaz şirkəti Kamerundakı Etinde yatağında LNG istehsal imkanlarını araşdırır. Hazırda hasil olunmuş xammaldan mayeləşdirilmiş təbii qaz istehsalı perspektivi ilə yatağın kommersiyalaşdırılması imkanları öyrənilir.