10:32 - 13.03.2024
13 mart, Fineko/abc.az. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin dövlət qarşısında vergi borcu var.
ABC.AZ Banker-ə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir.
Məlumata əsasən, “Bakı Metropoliteni” QSC-nin 13.03.2024-cü il tarixinə qədər vergi borcu 17 207 712.24 manatdır.
Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-nin nizamnamə kapitalı 2 580 638 397 AZN-dir və qanuni təmsilçisi isə Zaur Hüseynovdur.
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026