Ağdam Sənaye Parkında dam örtükləri istehsal ediləcək

15:35 - 6.03.2024


6 mart, Fineko/abc.az. Ağdam Sənaye Parkının rezidenti “NN-Tel Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bu ilin may ayından PVC dam örtüklərinin istehsalı zavodunun qurulması üçün tikinti işlərinə başlamağı planlaşdırır. 

ABC.AZ xəbər verir ki, bunu “NN-Tel Group” MMC-nin direktoru Nərgiz Bədəlova bildirib.

Onun sözlərinə görə, tikinti işlərinin təxminən 2-3 ay davam edəcəyi gözlənilir. Artıq layihənin birinci mərhələsi üzrə işlər görülüb. Zavodun fəaliyyəti üçün tələb olunan avadanlıqlar və xammalın alınması məqsədilə bir sıra xarici şirkətlərlə müqavilələr bağlanılıb. Zavod üçün avadanlıqlar Rusiya və Çindən alınacaq. Məhsul istehsalında yerli xammalla yanaşı, Türkiyə, Rusiya və Çindən idxal ediləcək xammaldan da istifadə ediləcək.

Layihənin investisiya dəyəri 1,3 milyon manatdır. PVC dam örtüklərinin istehsalını həyata keçirəcək “NN-Tel Group”un aylıq istehsal həcmi 14000 kvadratmetr olacaq. (Azərbaycan iqtisadiyyatı)