“Tesla”nın bu zavodu bağlandı

14:13 - 6.03.2024


6 mart, Fineko/abc.az. Almaniyadakı “Tesla” zavodunda bitişik ərazidə baş vermiş yanğının nəticəsində elektrik enerjisinin kəsilməsi səbəbindən fəaliyyətini dayandırılıb.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Berliner Zeitung" yazır.

Nəşr qeyd edib ki, yanğına səbəb qəsdən alışdırma ola bilərdi. Zavoddan əlavə, yaxın ərazilərdə 2 minə yaxın ailə işıqsız qalıb.

KİV-in məlumatına görə, ekoloji fəallar bu yaxınlarda şirkətin istehsal sahəsini genişləndirmək üçün kəsmək istədiyi “Tesla” zavodunun yaxınlığındakı meşədə etiraz aksiyaları keçiriblər.

“Tesla” səhmləri 2.4% ucuzlaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 24% azalaraq 643.5 milyard dollar təşkil edib.