Avropada yeganə “Tesla” zavodu ekoaktivistlər tərəfindən yandırıldı

16:02 - 5.03.2024


5 mart, Fineko/abc.az. Almaniyanın Grünheid şəhərindəki Tesla zavodunda elektrik xətti dayağının yandırılmasından sonra istehsal dayandırılıb, həmçinin Erkner şəhərinin sakinləri də işıqsız qalıb.

ABC.AZ xəbər verir ki, qeyd olunur ki, çərşənbə axşamı səhər tezdən zavodun yaxınlığındakı Steinfourt yarımstansiyasında yanğın baş verib, yanğın helikopterdən müşahidə edilib.

Məlumata görə, hücumun arxasında Avropanın yeganə Tesla zavodunun genişləndirilməsinə etiraz edən iqlim fəalları dayanır.