Litva Rusiya nömrələri olan avtomobillərin hərəkətinə qadağa qoyur

14:45 - 4.03.2024


4 mart, Fineko/abc.az. Litva martın 11-dən etibarən Rusiya nömrələri olan avtomobillərin hərəkətinə qadağa qoyur.

ABC.AZ xəbər verir ki, məlumata görə, "Litva gömrüyü bildirir ki, Rusiya qeydiyyat nömrələri olan avtomobilləri 11 mart 2024-cü il tarixinədək Litvadan və Avropa Birliyinin bütün ərazilərindən çıxmalıdır”.

Qeyd olunan tarixə qədər bu cür nəqliyyat vasitələri Litvada qeydiyyata alınmalıdır, əks halda sahibləri cərimə olunacaq və ya avtomobillər müsadirə ediləcək.

İstisna yalnız Kalininqrad vilayəti və oradan tranzit olaraq qalacaq. Belə avtomobillər sahibinin məcburi iştirakı ilə ölkədə ən çox 24 saat qala bilər.