10:14 - 4.03.2024
4 mart, Fineko/abc.az. Azərbaycan 2023-cü ildə Gürcüstandan minik avtomobili idxalını yüksəldib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat ilində 132 minik avtomobili idxal edilib.
Bu da öncəki 2022-ci ildəki 36 ədəddən 3.6 dəfə yuxarıdır.
Gürcüstandan ötən il alınan minik avtomobillərinin idxal dəyəri 11 milyon 545.2 min dollar təşkil edib.
İdxal edilən avtomobillər əsasən mühərrik həcmi 1500-3000 kub-sm olan benzin minik avtomobilləridir. Ötən il onlardan Azərbaycana 79 ədəd və ya 4 milyon 779.8 min dollarlıq idxal edilib.
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026