15:30 - 26.02.2024
26 fevral, Fineko/abc.az. Üç ildən sonra «Kaiyi E5» modeli Rusiyada Çin avtomobilləri arasında qalıq dəyərinə görə lider olacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Sənaye İnformasiyası üzrə Milli Agentlik (NAPI) məlumat yayıb.
Qalıq dəyər altı model arasında yeni minik avtomobilinin proqnoz qiymətindən hesablanıb. Belə ki, alındıqdan üç il sonra «Kaiyi E5» yeni avtomobilin qiymətinin 89,8%-ni, beş ildən sonra isə 79%-ni özündə saxlayacaq.
Beş ildən sonra «Omoda C5» təqdim olunan modellər arasında ən yüksək qalıq dəyərini – 83,9% saxlayacaq. Üç ildən sonra bu göstərici 88,9% təşkil edəcək.
«Chery Tiggo 7 Pro Max» krossoveri üç ildən sonra 83,6%-ni, beş ildən sonra isə 75%-ni saxlayacaq.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026