10:56 - 13.02.2024
13 fevral, Fineko/abc.az. Məlumata görə, 2024-cü ilin yanvar ayında Almaniyada 22.474 yeni elektrikli avtomobil qeydiyyata alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur.
ABC.AZ xəbər verir ki, Avtomobil Sənayesi Assosiasiyasının (VDA) təhlilinə görə, 2023-cü ilin yanvar ayında elektrikli avtomobil satışları, 2022-ci ilin sonunda dövlət subsidiyalarının azalması səbəbindən xüsusilə aşağı olub və bu da dekabr ayında satışların artmasına səbəb olub.
Elektrikli avtomobillərin ümumi satış payı 2024-cü ilin yanvar ayında cəmi 10,5% təşkil edib, 2023-cü ildə isə 18%-də çatmışdı.
VDA, elektrikli avtomobil satışlarının 2024-cü ildə 451.000 ədəd təşkil edəcəyini proqnozlaşdırır ki, bu da 2023-cü ilə nisbətən 14% azdır. Bu, uzun illər ərzində bazarda ilk azalma olacaq. Beləliklə, satış həcmi hətta 2022-ci ilin səviyyəsindən aşağı düşəcək.
Elektrikli avtomobillərin satışındakı azalma, ehtimal ki, dövlət subsidiyalarının ləğvi və iqtisadi tənəzzüllə baölıdır: insanlar iş yerlərindən qorxaraq daxili yanma mühərriki ilə daha ucuz avtomobillər almağa üstünlük verirlər.
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026