10:29 - 13.02.2024
13 fevral, Fineko/abc.az. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Fondunun yaradılması ilə bağlı işlərə başlanılıb və Fond gələn il fəaliyyətə başlaya bilər.
ABC.AZ xəbər verir ki, bunu TRACECA Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov bildirib.
“Hazırda Fondun əsasnaməsi üzərində iş aparılır. Bu il TRACECA Hökumətlərrarası Komissiyasının İranda iclası keçiriləcək. İclasa qədər bütün sənədləri hazırlayırıq ki, iclasda fondun yaradılması ilə bağlı qərar qəbul edilsin. Gələn il fond fəaliyyətə başlaya bilər”, – deyə o qeyd edib.
“Bütün TRACECA ölkələri, beynəlxalq səviyyədə fəaliyyət göstərən kommersiya şirkətləri və digər maraqlı tərəflər fonda dəvət ediləcək. Fondun yaradılmasında əsas məqsəd TRACECA -nı inkişaf etdirmək, lazım olanda infrastruktur layihələrini həyata keçirməkdir”, – deyə R.Bayramov əlavə edib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026