16:35 - 8.02.2024
8 fevral, Fineko/abc.az. 2023-cü ildə Azərbaycanda 81 762 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb.
ABC.AZ Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, 2022-ci il ilə müqayisədə 8 785 ədəd və yaxud 12 % çoxdur.
İpoteka müqavilələrinin 52 %-i və yaxud 42 484-ü Bakının payına düşüb.
Azərbaycanda ən çox girov qoyulan daşınmaz əmlak mənzildir. Ötən il 45 532 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Girov qoyulmuş 81 762 əmlakdan 16 750-si torpaq sahəsi, 11 866-sı isə fərdi yaşayış evi olub.
2023-cü ildə ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Girov qoyulan mənzillərin 92,9%-i bu üç ərazi idarəsinin payına düşüb. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə Qəbələ, Şamaxı və Şəmkir ərazi idarələridir.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026