Utilizasiyaya görə rüsumlar avtomobil qiymətlərini bahalaşdıracaq

17:24 - 31.01.2024


31 yanvar, Fineko/abc.az. Bildiyiniz kimi, yanvarın 31-də Nazirlər Kabinetinin qərarı ilə nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi təsdiqlənib.

ABC.AZ xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər bildirib ki, bu proqramı həyata keçirməkdə əsas məqsəd ekosistemin yaxşılaşdırılması, avtomobil parkının yenilənməsidir.

"Biz ölkə olaraq qarşımıza məqsəd qoymuşuq ki, yaxın gələcəkdə ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməliyik. Bu məqsədə çatmaq üçün atmosferə buraxılan zərərli qazların miqdarının azaldılması üçün köhnə avtomobillərin dövriyyədən çıxarılması əsas vəzifələrdən biridir. Utilizasiya proqramı könüllülük əsasında keçirilir.

Bir müddət sonra, ola bilər ki, avtomobillərin qiyməti bir qədər bahalaşsın. Belə ki, idxal zamanı rüsumda artım varsa, qiymətlərə təsir edir."

Qeyd edək ki, qərara əsasən, minik avtomobillərinin görmük rəsmiləşdirilməsi zamanı yaşı 4 ildən 7 ilədək avtomobillər üçün 400 manat, 7 il və daha çox olduğu zaman 700 manat rüsum tutulacaq. Ölkədə olan mövcud avtomobillər üçün isə hər dövlət texniki baxışı zamanı yaşı 4-10 il arası olanlara görə 10 manat, 10-20 il arası olanlara görə 20 manat, 20-30 il arası olanlara görə 30 manat, 30 il və daha çox olanlara görə 40 manat rüsum tutulacaq.