14:23 - 29.01.2024
29 yanvar, Fineko/abc.az. Danimarka gəmiçilik və logistika korporasiyası “AP Moller-Maersk” dünyanın ən böyük 350 metrlik yaşıl metanol ilə işləyən “Ane Maersk” konteyner gəmisini təqdim edib.
ABC.AZ xəbər verir ki, Cənubi Koreyanın Ulsan şəhərindəki “HD Hyundai Heavy Industries” Gəmiqayırma Zavodunda inşa edilmiş quru yük gəmisində 16.592 konteyner yerləşir.
Gəmi fevral ayında ilk reysə çıxacaq və Asiya, Yaxın Şərq və Avropa ölkələri arasında hərəkət edəcək.
“Maersk” bildirir ki, belə yanacaqla hərəkət edərkən gəmi gündə adi dizel mühərrikinə nisbətən 100 ton az karbon qazı ifraz edir.
13 Avqust 2026
12 Avqust 2026