14:43 - 25.01.2024
25 yanvar, Fineko/abc.az. Azərbaycanda bank rəsmi gəliri cüzi olan vətəndaşa külli miqdarda istehlak krediti verib.
ABC.AZ xəbər verir ki, bunu hüquqi məsələlər üzrə ekspert Əkrəm Həsənov özünün facebook hesabında yazıb.
Ekspertin qeyd etdiyi məsələdə söhbət "Premium Bank"dan gedir. Belə ki, bank 2 il müddətinə rəsmi gəliri olmayan və ya 1000 manata kimi olan vətəndaşa 2,5 mln. manat məbləğində kredit verib. Bu müddət ərzində vətəndaş hər ay yalnız faizləri ödəməli olub. O bunu qanun pozuntusu adlandırıb.
7 Sentyabr 2026
7 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026