“Netflix” 2023-cü ilin dördüncü rübündə xalis mənfəətini 17 dəfə artırıb

16:53 - 24.01.2024


24 yanvar, Fineko/abc.az.  “Netflix” xidməti 2023-cü ilin dördüncü rübündə xalis mənfəətini bir il əvvəlki məlumatlarla müqayisədə 17 dəfə artırıb.

ABC.AZ xəbər verir ki, bu barədə "Forbes"də məqalə dərc edilib.

Sözügedən yazıda qeyd edilib ki, 2023-cü ilin oktyabr-dekabr aylarında “Netflix”in xalis mənfəəti 937.8 milyon dollar təşkil edib.

Müqayisə üçün: bir il əvvəl eyni dövrdə xidmət 55.3 milyon dollar qazanıb. Dördüncü rübdə “Netflix”in gəliri illik müqayisədə 12.5% artaraq 8.83 dollara çatıb.

Xidmət 2023-cü ilin son üç ayında 13.1 milyon yeni istifadəçi cəlb. “Bloomberg” yazır ki, bu, “Wall Street”in 8.91 milyon yeni müştəri proqnozunu həmiyyətli dərəcədə üstələyir. “Netflix” ABŞ və Kanadada 2.81 milyon, Avropa, Yaxın Şərq və Afrikada 5.05 milyon, Latın Amerikasında 2.35 milyon, Asiya-Sakit okean regionunda isə 2.91 milyon istifadəçi qazanıb.