15:55 - 24.01.2024
24 yanvar, Fineko/abc.az. Çinin “Great Wall Motor” (GWM) ən iri yolsuzluq avtomobilləri və pikap istehsalçısı şirkəti 2023-cü ildə gəlirini 26% artırıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin hesabatında qeyd edilib. Belə ki, şirkətin ötən il gəlirləri 173,4 milyard yuana (24,2 milyard dollar) çatdırılıb.
Eyni zamanda, GWM-nin xalis mənfəəti, xüsusilə valyuta məzənnəsinin əlverişsiz dəyişməsi səbəbindən 15% azalaraq 7,01 milyard yuana düşüb.
“China Securities Journal” yazır ki, ötən il şirkətin avtomobillərinin satışı 15,3% artaraq 1,2 milyon ədədi keçib. Bununla belə, ekspertlər bu rəqəmin 1,6 milyon avtomobil olacağını gözləyirdilər.
Müəllif: Elmir Murad
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026