Toyota Yaponiyanın kapitallaşma şirkətləri arasında rekordu yeniləyib

15:44 - 23.01.2024


23 yanvar, Fineko/abc.az. Yaponiyanın “Toyota Motor” şirkəti Yaponiya şirkətləri arasında kapitallaşma rekordunu yeniləyib.

ABC.AZ xəbər verir ki, səhmlərinin ümumi dəyəri 48,79 trilyon yen (330 milyard dollardan çox) ötüb.

Yaponiya şirkətlərinin kapitallaşması üzrə əvvəlki rekord 1987-ci ildə NTT telekommunikasiya Korporasiyası tərəfindən Tokioda ticarət səhmlərinin dəyərinin rekord həddə yüksəldiyi “sabun köpüyü” iqtisadiyyatı dövründə müəyyən edilib.

“Toyota”nın rekord dəyər qiymətləri, ölkənin aparıcı şirkətlərinin səhm dəyərlərini əks etdirən Nikkei indeksinin son 34 ildə ən yüksək səviyyədə olduğu Tokyo Fond Birjasında ümumi artım fonunda əldə edilib.