Bitkoinin qiyməti 40 min dollardan aşağı düşüb — 2023-cü ilin dekabrından bəri ilk dəfə

10:39 - 23.01.2024


23 yanvar, Fineko/abc.az. 2023-cü ilin dekabr ayından etibarən bitkoin məzənnəsi ilk dəfə 40 min dollardan aşağı düşüb. Məlumata görə, ilk kriptovalyutanın dəyəri saat 5:30-da 39,7 min dollar təşkil edib.

ABC.AZ xəbər verir ki, ilk kriptovalyutanın məzənnəsi 2023-cü ilin əvvəlindən sürətlə yüksəlirdi. Dekabr ayında valyutanın dəyəri 40 min dolları keçdi.

11 yanvar 2024-cü ildə ABŞ Qiymətli kağızlar və Birja Komissiyası (SEC) birbaşa Bitkoin-ə investisiya qoyan birja ticarət fondlarının (ETF) istifadəyə verilməsini təsdiqlədi. Fondların səhmləri Nyu-York Fond Birjasında, Nasdaq və Çikaqo opsion birjasında satılacaq.