10:54 - 18.01.2024
18 yanvar, Fineko/abc.az. 2023-cü ildə “Bank Avrasiya”nın maliyyə aktivlərində birdən-birə 39 milyon 730,49 min manatlıq və ya 17,72 faizlik azalma baş verib. Belə ki, 2022-ci ildə 55 milyon 830.09 min manat olan nağd pul vəsaitləri və ekvivalentlərinin həcmi birdən-birə 29 milyon 075,56 min manat və ya 52,08 faiz azalaraq 26 milyon 754.53 min manat təşkil edib.
ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, ticarət və investisiya qiymətli kağızlarında azalma isə çox kəskin olub.
Belə ki, əvvəlki ildə 17 milyon 952.22 min manat olan bu vəsaitlər hesabat dövründə birdən-birə 10 milyon 378,77 min manat və ya 57,82 faiz azalaraq 7 milyon 573.45 min manat olub. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlarda da ciddi azalma baş verib.
2024-cü ilə böyük maliyyə itkisi ilə girən “Bank Avrasiya”nın maliyyə durumunun daha da zəiflədiyi aydın görünür.
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026