10:45 - 18.01.2024
18 yanvar, Fineko/abc.az. "Bank Avrasiya” ASC-nin 2023-cü ildə depozit portfelinin məbləği kəskin azalıb. Belə ki, Bankın depozit portfeli 48 milyon 484 min manat olub. Ötən ildə bankın depozitlərinin məbləği 2022-ci illə müqayisədə 31 milyon 215 min manat, yaxud da 39,1% azalıb.
ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, hesabat dövründə “Bank Avrasiya”da fiziki şəxslərin depozitlərinin məbləği 24 milyon 622 min manat, yaxud da 36,7 % azalaraq 42 milyon 449 min manat olub.
Hüquqi şəxslərin depozitlərinin məbləği isə 6 milyon 594 min manat, yaxud da 2 dəfə azalaraq 6 milyon 034 min manat olub.
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026