15:39 - 17.01.2024
17 yanvar, Fineko/abc.az. Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2023-сü ildə 770,6 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, əvvəlki illə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 48,1 faiz, maşın və avadanlıqların istehsalı 77,7 faiz artmış, sair nəqliyyat vasitələrinin istehsalı isə 4,1 faiz azalıb.
2023-сü ildə 3738 ədəd və ya əvvəlki illə müqayisədə 1689 ədəd çox minik avtomobili istehsal olunub. 01.01.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 17 ədəd olub.
Dövr ərzində əvvəlki illə müqayisədə traktorların istehsalı 12.6 faiz artıb. 01.01.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 10 ədəd olub.
1 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026