Azərbaycanda yığılan və anbarda qalan avtomobillərin sayı açıqlanıb

15:39 - 17.01.2024


17 yanvar, Fineko/abc.az. Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2023-сü ildə 770,6 milyon manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə,  əvvəlki illə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 48,1 faiz, maşın və avadanlıqların istehsalı 77,7 faiz artmış, sair nəqliyyat vasitələrinin istehsalı isə 4,1 faiz azalıb.

2023-сü ildə 3738 ədəd və ya əvvəlki illə müqayisədə 1689 ədəd çox minik avtomobili istehsal olunub. 01.01.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 17 ədəd olub.

Dövr ərzində əvvəlki illə müqayisədə traktorların istehsalı 12.6 faiz artıb.  01.01.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 10 ədəd olub.