“Lamborghini” 2023-cü ildə rekord sayda superkar satıb

11:06 - 17.01.2024


17 yanvar, Fineko/abc.az. “Lamborghini” 2023-cü ildə 10 112 ədəd olmaqla rekord sayda superkar satıb. Bu, 2022-ci ilə nisbətən 10% çoxdur. Son illərin tendensiyası cari ildə nəticənin yaxşılaşacağını göstərir.

ABC.AZ xəbər verir ki, ölkələr arasında ABŞ liderdir (3000 ədəd). Daha sonra Almaniya (961 superkar), Çin, Hong Kong və Makao (845), Böyük Britaniya (801) və Yaponiya (660) yerləşir. İtaliyada 409 avtomobil satılıb.