14:31 - 16.01.2024
16 yanvar, Fineko/abc.az. 2023-cü ilin sonuna Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2023-cü ilin əvvəlinə (49 033,6 milyon ABŞ dolları) nisbətən 14.3% (və ya 7 milyard ABŞ dolları) artaraq 56 069,7 milyon ABŞ dolları təşkil edib.
Fonddan ABC.AZ-a verilən məlumata görə, hesabat ili ərzində ARDNF-nin büdcəsi 9 829 milyon manat həcmində profisit ilə icra olunub.
Ötən il ərzində ARDNF-nin büdcə gəlirləri 21 661,9 milyon manat, büdcə xərcləri isə 11 832,6 milyon manat təşkil edib.
"2023-cü il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 324,1 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 14 519,0 milyon manat, bonus ödənişləri 800,7 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat, akrhesabı ödənişlər isə 3,6 milyon manat təşkil edi", - deyə məlumatda qeyd olunur.
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026