“Rabitə Bank”ın depozit portfeli 146 milyon 821 min manat artıb

11:49 - 15.01.2024


15 yanvar, Fineko/abc.az. 2023-cü ilin son rübündə “Rabitə Bank”ın kredit portfeli 721 milyon 159 min manat təşkil edib ki, onun da 239 milyon 634 min manatını istehlak, 345 milyon 405 min manatını biznes kreditləri, 136 milyon 120 min manatını isə daşınmaz əmlak (ipoteka kreditləri) təşkil edib.

ABC.AZ xəbər verir ki, kredit portfeli son  bir ildə 110 milyon 282 min manat (18,1%), istehlak kreditləri, 34 milyon 29 min manat (16,6%), ipoteka kreditləri 40 milyon manat (13,1%), ipoetka kreditləri 36 milyon 262 min manat (36,3%) böyüyüb. Bankın öhdəlikləri də 178 milyon 705 min manat və ya 21,2% artaraq 1 milyard 22 milyon 98 min manata yüksəlib.

Depozit portfelində də böyümə müşahidə edilməkdədir. Belə ki, 2022-ci ilin sonu ilə müqayisədə 146 milyon 821 min manat (24,2%) artaraq 753 milyon 284 min manata yüksəlib.

Depozit portfelinin 445 milyon 386 min manatını fiziki şəxslərin 308 milyon 438 min manatını hüquqi şəxslərin əmanətləri təşkil edib. Əvvəlki ilin sonu ilə müqayisədə fiziki şəxslərin əmanətləri 128 milyon 354 min manat (40,5%), hüquqi şəxslərin əmanətləri isə 18 milyon 466 min manat (6,4%) artıb.

“Rabitə Bank”ın balans kapiatlı 4 milyon 755 min manat, yəni 4,3% artaraq 116 milyon 352 min manata yüksəlib.

Bölüşdürülməmiş mənfəətin həcmi də 4,6 dəfə artaraq 3 milyon  920 min manat təşkiı edib.